XƏBƏRLƏR / Hərbi

Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışına təminat

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib

Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışına təminat
Elşad Hacıyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq.

    Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.

    Onun sözlərinə görə, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.