XƏBƏRLƏR / Hava

Təyyarələr İrəvan hava limanına enə bilmir

Bu barədə Ermənistan mediası məlumat yayıb

Təyyarələr İrəvan hava limanına enə bilmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təyyarələr hava şəraitinə görə İrəvanda hava limanına enə bilmir.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Məlumata görə, Larnaka, Dubay, Əbu-Dabi və Yekaterinburqdan gələn təyyarələr hava limanının səmasında dövrə vurmaqdadırlar.

    “Flightradar”ın məlumatına görə, Əbu-Dabi-İrəvan reysi üzrə hərəkətdə olan təyyarə Tbilisiyə yönəldilib.