XƏBƏRLƏR / Sosial şəbəkə

"TikTok"da 1 milyondan çox video silinib

Bu barədə "TikTok Azərbaycan"dan məlumat verilib

"TikTok"da 1 milyondan çox video silinib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "TikTok"un Azərbaycan seqmentində İcma Qaydalarının pozulması səbəbindən 1 milyondan çox video silinib.

    Bu barədə "TikTok Azərbaycan"dan məlumat verilib.

    Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.

    Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

    Xatırladaq ki, ötən il Azərbaycanda 3 milyondan çox video silinib.

    Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə əlaqədar  211 milyondan çox video silinib. Həmin videomaterialların 99%-i proaktiv şəkildə silinib. Videoların 94,3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.

    Qeyd edilən dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək ən yüksək göstəricidir. Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.