Britaniyalı məşhur aktyor Bernard Hill vəfat edib. Bu barədə BBC xəbər yayıb.
O, 79 yaşında dünyasını dəyişib.
Hill 1997-ci ildə “Oskar” mükafatına layiq görülmüş “Titanik” filmində Kapitan Edvard Smit, “Üzüklərin hökmdarı”nda isə Teoden rollarını canlandırıb.
Qeyd edək ki, Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərində anadan olub. O, ilk dəfə 1982-ci ildə !Boys From The Blackstuff! teleserialında çəkildikdən sonra şöhrət qazanıb.