"Titanik"in qalıqlarında yoxa çıxan turistlər kimlərdir?
Sualtı qayıqda 5 nəfər olub
Xəbər verdiyimiz kimi, iyunun 20-də Kanadanın cənub-şərq sahillərində turistləri "Titanik" gəmisinin qalıqlarına baxmağa aparan sualtı qayıqla əlaqə kəsilib. ABŞ və Kanadaya məxsus gəmi və təyyarələr sualtı qayığı tapmaq üçün səfərbər edilib.
Sualtı qayıqda 5 nəfər olub.
Şahzadə və Süleyman Davudlar Pakistanın zəngin ailələrindən birinin nümayəndələri olan ata-oğuldur. Kəraçi şəhərində yerləşən "Dawood Hercules Corp." şirkətinin sahibi olan ailə kənd təsərrüfatı, neft kimyası və telekommunikasiya infrastrukturu bizneslərinə malikdir.
Hamiş Hardinq Dubayda yaşayan ingilis milyarderdir. "Action Aviation" təyyarə vasitəçiliyi şirkətinin rəhbəridir. Hardinq gəzintiyə qatılmaq üçün külli miqdarda pul ödəyib.
Stokton Raş dalğıc və tur üçün məsuliyyət daşıyan "OceanGate" firmasının direktorudur. O, sualtı qayığın pilotudur. Okeanoloqdur. Öz sahəsi üzrə qabaqcıl mütəxəssislərdən biri kimi tanınır.
Paul-Henri Narqeolet Fransa donanmasının keçmiş zabitidir. O, "Titanik"i tədqiq edən şəxslərdən hesab olunur. İndiyə qədər 37 dəfə suyun altına enərək 5000 əsəri xilas edib.
Sualtı qayıqda 96 saatlıq oksigen balonu olub ki, hazırda 10 saata yaxın kifayət edəcək qədər oksigen qalıb.
Xatırladaq ki, Böyük Britaniyaya məxsus "Titanik" sərnişin gəmisi 1912-ci ildə ilk səyahətində aysberq çırpılaraq batıb və 1500-dən çox insan həlak olub.