“Titan”ın batması səbəbinə görə şirkətin fəaliyyəti dayandı
Bu barədə şirkətin saytında məlumat dərc olunub
“OceanGate Expeditions” şirkəti sualtı “Titan”ın iyun ayında Atlantik okeanında batması səbəbinə görə fəaliyyətini dayandırdığını bildirib.
TASS xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.
“OceanGate” bütün tədqiqat və kommersiya fəaliyyətini dayandırır", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyunun 19-da şirkət “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqəni kəsdiyini açıqlayıb. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar edildiyini bildirib.
“Titan”ın göyərtəsində “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı və istismarı ilə məşğul olan “Action Aviation” şirkətinin sahibi britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olublar.