Tokayev Ermənistanla qarşılıqlı səfərlər qanununu imzalayıb
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb

Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla qarşılıqlı səfərlər və vətəndaşların qalma qaydası haqqında Qanunu imzalayıb.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qanuna əsasən, hər iki ölkənin vətəndaşları üç aya qədər digər tərəfin ərazisində vizasız qala biləcək.