XƏBƏRLƏR / Rəsmi

Tokayev müdafiə və nəqliyyat nazirlərini vəzifədən azad edib

Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

Tokayev müdafiə və nəqliyyat nazirlərini vəzifədən azad edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu, eləcə də əvvəllər töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi tutduğu vəzifədən azad edib.

    Ruslan Jaksılıkov

    Bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

    Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

    Dauren Kosanov

    Dövlət başçısının mətbuat xidməti hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə məlumat verməyib.