XƏBƏRLƏR / Siyasət

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

Dövlət başçısı müvafiq fərmanı avqustun 28-də imzalayıb

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni seçilmiş Qurultay qarşısında səlahiyyətlərini təhvil verən hökuməti istefaya göndərib.

    "Akorda" xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı avqustun 28-də imzalayıb.

    Fərmana əsasən, yeni tərkib təsdiqlənənədək hökumət vəzifələrinin icrasını davam etdirəcək.

    Qeyd edək ki, Qurultayın birinci iclası bu gün keçiriləcək.