Tokayev tariflərlə bağlı Trampa məktub yazıb
Bu barədə “Kazinform” agentliyi xəbər verir

Prezident Kasım-Jomart Tokayev ABŞ-a tədarük edilən Qazaxıstan məhsullarına tətbiq edilən rüsumlarla bağlı Donald Trampa cavab məktubu göndərib. Bu barədə “Kazinform” agentliyi xəbər verir.
Dövlət başçısı məktubunda qeyd edib ki, Qazaxıstan ABŞ-ın uzunmüddətli ticarət və investisiya tərəfdaşı kimi ədalətli, proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı ticarət əlaqələrinin inkişafına sadiq qalır.
Qazaxıstan Prezidenti qarşılıqlı ticarət məsələlərinin rasional həlli yollarını hazırlamaq üçün konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib. O, ticarət məsələlərində kompromis əldə olunacağına əminliyini ifadə edib.
Daha əvvəl xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 1-dən etibarən Qazaxıstandan Birləşmiş Ştatlara göndərilən bütün məhsullara sektor tariflərinin cəmindən ayrı olaraq 25 faizlik rüsum tətbiq edəcəyini bildirib.