XƏBƏRLƏR / Kriminal

“Tost” maliyyə pramidası ilə bağlı araşdırma başladı

DİN xəbər verir

“Tost” maliyyə pramidası ilə bağlı araşdırma başladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Tost” maliyyə pramidası ilə bağlı araşdırma başlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

    "İnternet resurslarında “Tost” maliyyə pramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - məlumatda vurğulanıb.