XƏBƏRLƏR / Hadisə

Tovuzda maşın Kürə aşdı, 3 nəfər batdı YENİLƏNİR

Hadisə Hunalılar kəndində qeydə alınıb

Tovuzda maşın Kürə aşdı, 3 nəfər batdı YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:56

    Tovuz rayon İcra hakimiyyətinin Hunanlar kənd icra nümayəndəsi Əyyub Əhmədov bildirib ki, hadisə dünən axşam saat 20-21 radələrində baş verib.

    Onun sözlərinə görə, avtomobildə olan sərnişinlərin Kürü keçdikdən sonra balıq tutmaq məqsədilə əraziyə getdikləri, bu zaman da avtomobilin çaya düşdüyü ehtimal olunur.

    Ə.Əhmədov qeyd edib ki, avtomobildə olanların içkili olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur, vətəndaşların axtarışları davam etdirilir.

    ***

    09:20

    Tovuzda bədbəxt hadisə baş verib.

    Hadisə Hunalılar kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb.

    Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

    Hazırda onların axtarışları davam etdirilir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.