XƏBƏRLƏR / İctimaiyyət

Toya gedən ailə Lənkəranda yol qəzasına düşüb

Qəza Ələt-Astara magistralının 165-ci kilometrliyində olub

Toya gedən ailə Lənkəranda yol qəzasına düşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Lənkəranda sükan arxasında yuxulu olan sürücü maşını aşırıb, 5 nəfər xəsarət alıb.

    Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza Ələt-Astara magistralının 165-ci kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən maşın aşıb.

    Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları - 1980-ci il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova (yoldaşı), 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva (qızı), 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva (qızı), 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova (baldızı) və azyaşlı 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

    Ailə Lerik rayonuna toy məclisinə gedirmiş. İlkin məlumata görə, yolda sürücü yuxulayıb və idarəetməni itirib, nəqliyyat vasitəsi aşıb.

    Faktla bağlı araşdırma aparılır.