Tramp ABŞ-dan azərbaycanlıları və erməniləri də qovur
ABŞ-ın immiqrasiya orqanı deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib

ABŞ-ın immiqrasiya orqanı deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib. Xarici KİV yazır ki, onların arasında Azərbaycan vətəndaşları da var.
Siyahıya digərləri ilə yanaşı, 709 azərbaycanlı, 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir.
Türkiyə vətəndaşlarının Meksika-Amerika sərhədini qeyri-qanuni keçmələrinin artması 2022-ci ildə baş verib və bu barədə Amerikanın News Nation televiziya kanalı ayrı bir süjet çəkib.
Həmçinin sosial şəbəkələrdə Amerika immiqrasiya orqanının SSRİ-yə (!?) 337, Yuqoslaviyaya(!?) isə 845 qeyri-qanuni mühaciri deportasiya etməyi planlaşdırmasıı diqqət çəkilib.
Eyni zamanda vətənə göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin - Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır. Siyahıya həmçinin 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı daxil edilib.