
Politico dörd mənbəyə istinadən xəbər verir ki, ixtisarların birinci dalğasından sonra qalan bütün "Amerikanın Səsi" işçilərinin bu həftə işdən çıxarılma bildirişləri alacağı gözlənilir.
Mayın əvvəlində ABŞ prezidenti Donald Trampın administrasiyası artıq 600-ə yaxın agentliyin əməkdaşını işdən çıxarıb. Nəşrin məlumatına görə, ixtisarların yeni dalğası təxminən 800 nəfərə, yəni bütün qalan işçilərə şamil ediləcək.