XƏBƏRLƏR / Diplomatiya

“Tramp marşrutu” Rusiya sərhədçilərini nəzərə almalıdır

Rusiya XİN nümayəndəsi Aleksey Fadeyev Zəngəzur dəhlizi ilə bağlı və Ukraynanın solahıandırmasından danışıbn YENİLƏNİB

“Tramp marşrutu” Rusiya sərhədçilərini nəzərə almalıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı Rusiyanın sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev “Tramp marşrutu” ilə bağlı açıqlamasında bildirib.

    O əlavə edib ki, layihənin detallarını öyrənənədək və hələ açıqlanmayan sənədi nəzərdən keçirənədək nazirlik rəsmi mövqeyini bildirməyəcək.

    Fadeyev qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli razılaşmaları aktuallığını saxlayan sənədlər hesab edir və tərəflərin heç biri bu razılaşmalardan çıxmaq niyyətini açıqlamayıb.

    ***

    Bundan başqa,  Fadeyev vurğulayıb ki, azərbaycanlı tərəfdaşlar ikili təyinatlı silah və ya humanitar yardımın tədarükü ilə bağlı Rusiyanın mövqeyini yaxşı bilirlər. "Biz inanırıq ki, bu cür hərəkətlər münaqişənin sülh yolu ilə həllinə kömək etmir və yalnız yerlərdə vəziyyəti daha da pisləşdirəcək", - o qeyd edib.

    ***

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həm də bildirib ki, Moskva Bakı ilə Azərbaycanda saxlanılan rusların azad edilməsi variantları üzərində işləyir.

    Onun fikrincə, belə bir qərar Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində mühüm addım olardı.

    Xatırladaaq ki, İyulun əvvəlindən Sputnik Azərbaycan agentliyinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Bakıda həbsdə qalırlar. Hər ikisi Rusiya vətəndaşıdır. Bundan əvvəl bir qrup rusiyalı da İrandan narkotiklərin tranziti və kiber fırıldaqçılıqda ittiham olunaraq saxlanılıb.