ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı Kapitoliyə hücum edərək 2020-ci il seçkilərinin nəticələrini dəyişməyə cəhdə görə yeni ittihamlar irəli sürülüb.
CNN xəbər verir ki, o, avqustun 3-də federal məhkəməyə çağırılıb.
Məlumata görə, Tramp dörd maddə ilə ittiham olunur.
O, ABŞ-ı aldatmaq, şahid ifadələrini saxtalaşdırmaq, ABŞ vətəndaşlarının hüquqlarına qarşı sui-qəsd və proseslərə mane olmaq ittihamlarına cavab verməlidir.