XƏBƏRLƏR / İctimaiyyət

“Turan”ın iqtisadiyyat şöbəsinin redaktoru saxlanılıb

Jurnalist Hafiz Babalı korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə tanınır

“Turan”ın iqtisadiyyat şöbəsinin redaktoru saxlanılıb
Hafiz Babalı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Jurnalist Hafiz Babalı “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı cinayət işi çərçivəsində saxlanılıb, bu barədə "Turan"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

    Yada salaq ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları dekabrın 13-də “Turan” agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Babalı saxlayıblar.

    Bunun ardınca  jurnalistin mənzilində axtarış aparılıb, kompüteri, mobil telefonu və sənədləri götürülüb.

    Babalı korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə tanınır.

    Noyabrın 20-dən sonrakı dövrdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və müxbir Nərgiz Absalamova saxlanılıb. Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar.