Türk Dövlətləri Təşkilatının sammiti Türkiyədə keçiriləcək
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib
Türk Dövlətləri Təşkilatının növbəti sammiti martın 16-da Türkiyədə keçiriləcək.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan müşahidəçi statusuna malikdir.