Manila-İstanbul marşrutu üzrə uçuş həyata keçirən "Türk Hava Yolları"na məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş üçün müraciət edib. Bu barədə “Azeri Daily”yə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub. “Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına enib. Enişdən dərhal sonra sərnişin təcili tibbi yardıma təhvil verilib.
Təyyarə yerli vaxtla saat 05:07-də Bakıdan İstanbula uçub.