XƏBƏRLƏR / Siyasət

Türkiyə-Azərbaycan enerji dəhlizi region üçün imkanlar açır

Bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bəyan edib

Türkiyə-Azərbaycan enerji dəhlizi region üçün imkanlar açır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriya ilə Türkiyə arasında, eləcə də Türkiyə ilə Azərbaycan arasında enerji dəhlizi gələcəkdə son dərəcə sərfəli ola bilər.

    Bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Milken İnstitutu Analitik Mərkəzinin təşkil etdiyi “Yaxın Şərq və Afrika 2025” tədbirində bildirib.

    O, Türkiyənin Azərbaycan və Ermənistan üçün həlledici rol oynadığını vurğulayıb.

    Diplomatın sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi imzalanandan sonra Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid yaranacaq.

    “Əgər Xəzər dənizindən Aralıq dənizinə marşrutu uzatsaq, bu, bütün regional enerji problemlərini həll etməyə imkan yaradacaq”, - Tom Barak vurğulayıb.