XƏBƏRLƏR / Neft və Qaz

Suriya hər gün 3,4 milyon kubmetr Azərbaycan qazı alacaq

YENİLƏNİB

Suriya hər gün 3,4 milyon kubmetr Azərbaycan qazı alacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:58

    Suriya avqustun 2-dən etibarən gündəlik 3,4 milyon kubmetr qaz alacaq.

    Bu barədə Suriyanın “Sana” agentliyi Suriyanın energetika naziri Məhəmməd əl-Bəşirə istinadən məlumat yayıb.

    “Nazir təsdiq edib ki, avqustun 2-dən etibarən Suriya Türkiyə ərazisilə Azərbaycandan 3,4 milyard kubmetr qaz alacaq. Bu isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal edəcək", - məlumatda bildirilib.

    Nazir vurğulayıb ki, bu addım elektrik şəbəkəsinin sabitliyinin artırılmasına kömək edəcək.

    O qeyd edib ki, Suriya hökuməti enerji ehtiyaclarını təmin etmək üçün milli plan çərçivəsində bu tədbirlərin həyata keçirilməsini izləyir.

    ***

    12:55

    Türkiyə şənbə günündən etibarən Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq.

    Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.

    “Azərbaycanla SVOP razılşaması imzalamışıq. Bununla da Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Susiyaya, Dəməşqə ixrac edəcəyik. Avqustun 2-də Azərbacaycan, Suriya və Qətərdən olan həmkarlarım ilə bu mərasimi Kilisdə rellaşdıracağıq”, - deyə türkiyəli nazir qeyd edib.