XƏBƏRLƏR / Hərbi

Türkiyə Britaniyadan döyüş təyyarələri alır

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib

Türkiyə Britaniyadan döyüş təyyarələri alır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə 40 ədəd "Eurofighter” döyüş təyyarəsinin alınması üçün səylərini davam etdirir.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, Böyük Britaniya ilə aparılan müzakirələr nəticəsində müsbət addımlar atılıb və məqsəd satınalma prosesini müəyyən müddət ərzində başa çatdırmaqdır: “Müqavilə mərhələsi başladıqda rəsmi məlumat veriləcək. Bu barədə yayılan fərqli iddialar nəzərə alınmamalıdır”.