XƏBƏRLƏR / Qonşular

Türkiyə-Ermənistan sərhədi açılış üçün hazırdır

Bunu jurnalistlərə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib

Türkiyə-Ermənistan sərhədi açılış üçün hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib.

    Nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələni müzakirə etdiyini deyib.

    O bildirib ki, həm dəmir yolu sərhəd-keçid məntəqəsinin, həm də Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün lazımi hazırlıqlar görülüb.

    Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından sonra biz mümkün qədər tez Ermənistanla birbaşa dəmir yolu və avtomobil əlaqələrini açmağa hazırıq.

    Uraloğlu qeyd edib ki, qarşılıqlı razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın həssaslıqları da nəzərə alınmaqla, prosesin uzun çəkməyəcəyini düşünür.

    Nazir sərhəd-keçid məntəqələrinin qısa zamanda açılacağına ümid etdiyini vurğulayıb.