Türkiyə XİN Qara dənizdə mülki gəmiyə dron hücumunu pislədi
Nəticədə üçü Türkiyə vətəndaşı olan dörd dənizçi xəsarət alıb
13:45
Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə Türkiyəyə məxsus mülki gəmilərə edilən dron hücumu ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirib ki, Türkiyə sahibkarlarına məxsus “Yaşar” və “Nadezhda” adlı mülki gəmilər avqustun 3-də Novorossiysk limanını tərk etdikdən sonra dron hücumuna məruz qalıb.
Hücum nəticəsində Türkiyə vətəndaşlarının da olduğu bir qrup ekipaj üzvü yaralanıb. Nazirlik onların vəziyyətinin yaxından izlənildiyini bildirib.
Nazirlik, Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tərəfləri təcili tədbirlər görməyə çağırıb.
***
07:50
Türkiyə gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb
Rusiyaya meyvə-tərəvəz daşıyan Kamerun bayrağı altında gedən Türkiyənin "Nadejda" gəmisi Novorossiysk sahillərində dronların hücumuna məruz qalıb.
Gəmidə yanğın baş verib, nəticədə üçü Türkiyə vətəndaşı olan dörd dənizçi xəsarət alıb.
Kapitan iddia edir ki, gəmiyə altı və ya yeddi Ukrayna dronunun hücumu edilib. Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, 22 nəfərlik heyət Rusiya hərbçiləri tərəfindən Novorossiysk limanına təxliyə edilib.
1 dəqiqə