Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır
Ərdoğan müvafiq qanun layihəsini parlamentə göndərib
Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadıla bilər.
Ərdoğan müvafiq qanun layihəsini parlamentə göndərib.
Sənəddə bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Türkiyə-Rusiya birgə monitorinq mərkəzində fəaliyyət göstərməsi Türkiyənin regionda konstruktiv rolu üçün tələbdir.
Layihə noyabrın 17-dən Türkiyə ordusunun mandatının daha bir il uzadılmasını nəzərdə tutur.