XƏBƏRLƏR / Hərbi

Türkiyə istehsalı hərbi təlim təyyarəsinin ilk uçuşu oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarənin uçuş görüntülərini yayımlayıb

Türkiyə istehsalı hərbi təlim təyyarəsinin ilk uçuşu oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin yerli istehsal reaktiv mühərrikli təlim təyyarəsi ilk uçuşunu həyata keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarənin uçuş görüntülərini yayımlayıb.

    "İlk yerli və milli pilotlu səsdən sürətli reaktiv təyyarəmiz "Hürjet" ilk uçuşunu uğurla həyata keçirib", - Ərdoğan qeyd edib.

    TUSAŞ şirkəti tərəfindən hazırlanan təyyarə sınaqlardan sonra kütləvi istehsala başlayacaq. Təyyarə əsasən qırıcı pilotlarının təlimi üçün istifadə ediləcək.