Türkiyə Müdafiə Nazirliyi: İki bədəndə bir canıq VİDEO
Birliyimiz, dirliyimiz və gücümüz daimi olsun!
“Azərbaycan türkü qardaşlarımızla həyata keçirdiyimiz “Mustafa Kamal Atatarük - 2023” təlimində qəhrəman hərbçilərimiz yenə bizi həddindən artıq qürurlandırdılar”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” paylaşımında qeyd olunub.
“Biz iki bədəndə bir canıq! Birliyimiz, dirliyimiz və gücümüz daimi olsun”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, oktyabrın 23-dən etibarən Azərbaycanda Türkiyə hərbçiləri ilə birlikdə "Mustafa Kamal Atatarük- 2023” təlimləri keçirilir.