Türkiyə parlamentinin nümayəndə heyəti Moskvadadır
Nümayəndə heyətinə TBMM-nin Xarici əlaqələr komitəsinin rəhbəri Fuat Oktay başçılıq edir

Türkiyə parlamentinin nümayəndə heyəti ikitərəfli və regional məsələlərlə bağlı danışıqlar aparmaq üçün Moskvaya gəlib.
Nümayəndə heyətinin rəhbəri, parlamentin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay sosial media hesabında bildirib ki, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi rəsmi təmaslar üçün Moskvaya gəlib: “Ümid edirəm ki, ikitərəfli əlaqələrimizi daha da gücləndirmək, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparmaq üçün keçirəcəyimiz görüşlər məhsuldar olacaq”.