XƏBƏRLƏR / Müttəfiq

Türkiyə Prezidenti Ərdoğan bu gün Qarabağa gəlir

YENİLƏNƏCƏK

Türkiyə Prezidenti Ərdoğan bu gün Qarabağa gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.

    Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

    Bildirilib ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Zəfər Günü münasibətilə Qarabağa səfər edəcək.

    Səfər çərçivəsində iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək.

    Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.