XƏBƏRLƏR / İctimaiyyət

Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib

Müraciət zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərmək istəyənlərə aiddir

Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərmək istəyən ölkə vətəndaşlarına müraciət edib.

    * Qurbanların daha çox qış geyimləri, o cümlədən pencək, şalvar, əlcək, corab lazımdır. Bundan əlavə, çətin vəziyyətə düşən insanlara çadır, çarpayı, adyal, döşək, fənər, generator, portativ şarj cihazları lazımdır.

    * Yardım Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən Doğtaş mebel mağazasında toplanır.