Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib

Türkiyə regionda baş verə biləcək istənilən ssenariyə qarşı tədbirlər görür.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Türkiyə Prezidenti Suriyadakı proseslərə diqqət yönəldərək qeyd edib ki, qonşu ölkənin ərazi bütövlüyü məsələsi Ankaranın regional siyasətində əsas yer tutur.
“Biz Suriyanın parçalanmasını nəzərdə tutan planları dəstəkləməmişik, dəstəkləməyəcəyik. Suriyalı qardaşlarımızla birlikdə hadisələrin belə inkişafına imkan verməyəcəyik”, – deyə dövlət başçısı bildirib və vurğulayıb ki, “sabit Suriya qonşu ölkələr üçün də sabitlik mənbəyi olacaq”.
Ərdoğan Suriya xalqı və hökuməti ilə həmrəy olduğunu bəyan edib. Türkiyə Prezidenti Suriyanın keçid dövrünün lideri Əhməd Əl Şaraa ilə telefon danışığı apardığını da bildirib.