Türkiyə və Azərbaycana aparan dəmir yolları bərpa olunur
İrəvanda Rusiya və Ermənistan dəmir yolu marşrutlarının inkişafını müzakirə ediblər
Rusiya və Ermənistan Türkiyə və Azərbaycan sərhədlərinə dəmir yolu marşrutlarının inkişafını müzakirə ediblər.
Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti bildirib ki, İrəvanda Ermənistan nazir müavini Armen Simonyan və Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverev arasında danışıqlar aparılıb.

Görüş zamanı tərəflər Gümrü-Axurik (Türkiyə ilə sərhəd) və Yerasx (Arazdəyən)-Sədərək (Naxçıvan ilə sərhəd) marşrutlarında dəmir yolu infrastrukturunun bərpası və tikintisini müzakirə ediblər. Tərəflər həmçinin avtomobil və hava nəqliyyatında mövcud əməkdaşlığın səviyyəsini müzakirə ediblər və gələcək əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
1 dəqiqədən az