Türkiyədə 15 ölkənin iştirakı ilə hərbi təlimi keçirilir
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib
Türkiyədə 15 ölkənin iştirakı ilə “Nüsrət-2023” beynəlxalq hərbi təlimi keçirilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək.
Təlim çərçivəsində minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.