Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi "X" səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Marmaris rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 57.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.