XƏBƏRLƏR / Müttəfiq

Türkiyədə Azərbaycana qarşı daha bir yalan xəbər yayılıb

Bu dəfə yalanı Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) təkzib edib

Türkiyədə Azərbaycana qarşı daha bir yalan xəbər yayılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ankara Azərbaycanda bayraqların yarıya enməsi ilə bağlı yalan xəbərləri təkzib edir.

    Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) oktyabrın 7-də Qəzza hadisələrinin ildönümündə Azərbaycan bayraqlarının yarıya endirilməsi ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğunu bəyan edib.

    Bu cür materiallar Azərbaycanı gözdən salmaq, Türkiyə-Azərbaycan münasibətlərinə, türk-islam dünyasının birliyinə xələl gətirmək məqsədi daşıyır. Mərkəz insanları yalnız rəsmi məlumatlara etibar etməyə çağırıb.