XƏBƏRLƏR / Təbiət

Türkiyədə baş verən yanğın 25 hektar əraziyə ziyan vurub

Bu barədə Türkiyə KİV-ləri xəbər verir

Türkiyədə baş verən yanğın 25 hektar əraziyə ziyan vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Muğla vilayətinin Datça rayonunda baş verən yanğın nəticəsində 25 hektar əraziyə ziyan dəyib.

    Türkiyə KİV-ləri xəbər verir ki, tez bir zamanda alov nəzarət altına alınıb və söndürülüb.

    Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib. Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb. Yanğının söndürülməsinə 6 təyyarə, 10 helikopter və çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub.