XƏBƏRLƏR / Maliyyə

Türkiyədə dolların məzənnəsi 26 lirəni ötdü

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 25.82 TL, satış üzrə 25.86 TL müəyyən etmişdi

Türkiyədə dolların məzənnəsi 26 lirəni ötdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 8,5%-dən 15%-ə qədər artırmasından sonra lirə digər valyutalar qarşısında kəskin şəkildə ucuzlaşıb. 

    İyunun 27-də birjalarda dollar lirə məzənnəsi üzrə rekordunu yeniləyərək, 26,11 səviyyəsinə qədər yüksəlib. 

    Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 25.82 TL, satış üzrə 25.86 TL müəyyən etmişdi.