XƏBƏRLƏR / Qonşular

Türkiyədə e.ə. XIV yüzilliyə aid saray aşkar edilib

Bu barədə TRT məlumat yayıb

Türkiyədə e.ə. XIV yüzilliyə aid saray aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyəli arxeoloqlar Aydın vilayətində e.ə. XIV yüzilliyə aid saray qalıqları aşkar ediblər. Tikilinin məbəd olması da istisna edilmir.

    Bu barədə TRT məlumat yayıb.

    Professor Sevinc Günelin rəhbərlik etdiyi ekspedisiya ərazidə taxıl küpləri də aşkar edib. Tapılan taxıl nümunələri arxeobotaniki analizə cəlb edilib.