Türkiyədə Hellouin və Sevgililər Günü qadağan edilib
Türkiyə Təhsil Nazirliyi qadağanı özəl məktəblər üçün tədbiq edib
Türkiyədə özəl məktəblərdə Hellouin və Sevgililər Gününün qeyd edilməsi qadağan edilib.
Türkiyə Təhsil Nazirliyinin bəyanatından: “Özəl məktəblərdə türk millətinin milli, əxlaqi, humanitar, mənəvi və mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixososial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır”.
Özəl təhsil müəssisələri haqqında əsasnaməyə müvafiq dəyişiklik edilib. Belə ki, bundan sonra Türkiyədə özəl məktəblərdə Hellouin, Sevgililər Günü, Milad və s. ilə əlaqədar bayram tədbirləri keçirilməyəcək.