Türkiyədə kibercinayətlərin sayı artıb
Bu, Rusiyadan proqramçı axını fonunda baş verir
Rusiyadan proqramçı axını fonunda Türkiyədə kibercinayətlərin sayı artıb. Bu barədə "Financial Times" yazıb.
Nəşr Türkiyə polisindəki mənbələrə və kibertəhlükəsizlik ekspertlərinə istinadən xəbər verir ki, səfərbərlik elan edildikdən sonra gələn rusiyalıların bir qismi yerli kibercinayətkarlarla birləşərək gəlirləri yumaq və alınan məlumatları satmaq üçün onlayn fırıldaqçılıqla məşğul olmağa başlayıblar.