XƏBƏRLƏR / Hadisə

Çanaqqaladakı meşə yanğını məhdudlaşdırılıb YENİLƏNİB

Ən güclü yanğınlar Çanaqqala və Uşakda qeydə alınıb

Çanaqqaladakı meşə yanğını məhdudlaşdırılıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:37

    Türkiyənin Çanaqqala vilayətində dünən axşamdan başlayan meşə yanğını məhdudlaşdırılıb.

    "TRT Haber"ə görə, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.

    14:45

    Çanaqqala və Uşakda dünən başlayan meşə yanğınları davam edir. Yanğınsöndürən qruplarının havadan və qurudan müdaxilə səyləri aramsız olaraq davam edir. İzmirin Dikili rayonunda baş verən yanğın nəzarətə götürülüb.

    Yanğınla havadan və qurudan çoxlu sayda texnika və canlı qüvvə mübarizə aparır.
    Komandalar yanğını nəzarət altına almaq üçün var gücü ilə çalışır.

    Yanğının başvermə səbəbləri araşdırılır.

    Türkiyə mətbuatı xəbər verir ki, çərşənbə axşamı Türkiyə hakimiyyət orqanları sahil bölgələrində baş verən meşə yanğınları səbəbindən Çanaqqala boğazı ilə gəmilərin hərəkətini dayandırıb.