Türkiyədə meşə yanğınları ilə mübarizə gedir VİDEO

Yanğınıın nədən baş verdiyi məlum deyil

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyənin İzmir bölgəsində Səlcuq və Menderes rayonlarında dünəndən başlayan meşə yanğınlarını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışırlar.

    "TRT Haber"ə görə, Səlcuq-Kuşadası avtomobil yolunun yanındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın gecə boyu davam edib.

    Dünən gecə hava qaralınca kəsilən hava müdaxiləsi günün erkən saatlarında vertolyot və təyyarələrlə davam etdirilib.

    Çeşmə və Torbalı yanğınlarının isə artıq nəzarət altına alındığı bildirilir.