Türkiyədə Serdar Ortaç və başqa məşhurlar həbs edilib
Qanunsuz mərc oyunlarına qarşı mübarizə çərçivəsində əməliyyat keçirilib
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı mübarizə çərçivəsində əməliyyat keçirilib.
Türkiyənin NTV telekanalı xəbər verir ki, saxlanılan 20 nəfər arasında məşhur müğənni Serdar Ortaç və şoumen Mehmet Ali Erbil də var.
İstanbul Respublika Prokurorluğu qeyri-qanuni mərc oyunlarını təşviq etmə iddiası ilə bağlı apardığı istintaqda, aralarında sosial mediaya təsir edənlər və bəzi məşhur adların da olduğu 20 şübhəli müəyyən edib.
Bunun üzərinə qruplar hərəkətə keçərək müəyyən edilən ünvanlarda əməliyyat təşkil edib.
Əməliyyat zamanı aralarında Mehmet Ali Erbil də daxil olmaqla 15 şübhəli saxlanılıb.
Polisin digər şübhəliləri tutmaq üçün tədbirləri davam edir.