XƏBƏRLƏR / Hadisə

Türkiyədə sərnişin avtobusu keçidə çırpılıb:5 ölü, 14 yaralı

"TRT Haber"in məlumatı

Türkiyədə sərnişin avtobusu keçidə çırpılıb:5 ölü, 14 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13:51

    Türkiyənin paytaxtı Ankarada marşrut avtobusunun piyada keçidinə çırpılması nəticəsində ölənlərin sayı 5-ə çatıb.

    Xəsarət alanların sayı 14-ə yüksəlib.

    ***

    11:54

    Türkiyənin paytaxtı Ankarada marşrut avtobusu piyada keçidinə çırpılıb.

    "TRT Haber"ə görə, hadisə Kahramankazan rayonunda baş verib.

    Qəza nəticəsində, ilkin məlumata görə, dörd nəfər həyatını itirib, 13 yaralı var.