Türkiyədə Suriya hərbçilərinin təliminə başlanılıb
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk bu gün keçirilən brifinqdə bildirib

Türkiyə Müdafiə Nazirliyi Suriya hərbçilərinin təliminə, texniki dəstək göstərilməsinə başlayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ankara bununla Suriyanın, Türkiyənin və bütövlükdə regionun təhlükəsizliyinə təhdid yaradan terror təşkilatlarını məhv etmək qətiyyətini bir daha vurğulayır.
Xatırladaq ki, Suriya və Türkiyə müdafiə nazirlikləri avqustun 13-də müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd Suriya hərbçilərinin döyüş qabiliyyətini və peşəkarlığını artırmaq məqsədilə terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik, minatəmizləmə, hərbi mühəndislik, logistika kimi prioritet sahələrdə peşəkar hazırlığını nəzərdə tutur.