XƏBƏRLƏR / Təbiət

Türkiyədə yenidən zəlzələ oldu

Yeraltı təkanların gücü 5,3 bal olub

Türkiyədə yenidən zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə növbəti dəfə zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələnin episentri yerli vaxtla saat 06:13-də Adıyaman şəhərinin Gölbaşı rayonunda qeydə alınıb. Yeraltı təkanların gücü 5,3 bal olub.

    Zəlzələ yerin 8,13 kilometr dərinliyində baş verib.