XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələ olub

"TRT Haber"in məlumatı

Türkiyədə  zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin şimal-şərqindəki Gümüşhane şəhərində 4,2 maqnitudalı zəlzələ olub.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

    Bildirilib ki, yerli vaxtla 06:09-da (Bakı vaxtı ilə 07:09) qeydə alınmış yeraltı təkanların episentri şəhərin Kelkit rayonunda yerləşib. Zəlzələnin ocağı 5,09 km dərinlikdə olub.

    Dağıntı və tələfat barədə məlumat verilməyib.