XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələ olub

Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb

Türkiyədə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə 4,2 maqnitudada zəlzələ baş verib.

    Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 07:18-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.

    Zəlzələnin ocağı 12,9 kilometr dərinlikdə yerləşib.

    Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

    Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.