XƏBƏRLƏR / Qonşular

Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib

Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bəşər Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz ölkəsinə qayıdıb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

    Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.